İçeriğe geçmek için "Enter"a basın

Şəkidə 3,5 metrlik quyuya düşən inək xilas edildi

15-10-2015


15.10.2015 / 23:33 xeber –

Şəkidə 3,5 metr dərinliyində quyuya düşən inək xilasedicilər tərəfindən sağ-salamat xilas edilib.

 

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 15-i axşam saat 18:40 radələrində rayonun Qoxmuq kəndində, kənd sakini Mahmud Mehralı oğlu Bayramovun yaşadığı evin həyətyanı sahəsində kanalizasiya üçün qazılmış quyuya ev sahibinin bir baş inəyinin düşməsi barədə Şəki rayon DYMH-ə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş Şəki rayon DYMH-nin xilasediciləri tərəfindən 3,5 metr dərinliyindəki quyudan inək sağ-salamat xilas edilərək sahibinə təhvil verilib.

mənbə :
lent.az

Şekide 3,5 metrlik quyuya düşen inek xilas edildi