İçeriğe geçmek için "Enter"a basın

Boksçumuz dünya çempionu oldu

15-10-2015

23:16 xeber – Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında azərbaycanlı boksçu Elvin Məmişzadə qızıl medal qazanıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 52 kq çəkidə mübarizə aparan Elvin finalda Kubalı Yosbani Veytianı məğlub edərək dünya çempionu adına layiq görülüb.

Bununla Məmişzadə 2016-cı ildə Brazilyada keçiriləcək Olimiya oyunlarına lisenziya qazanıb. Elvin Məmişzadə Azərbaycanın boks üzrə dördüncü dünya çempionudur. Daha öncə Ağası Məmmədov (2003), Məhəmmədrəsul Məcidov (2011, 2013) və Cavid Çələbiyev (2013) planetin ən güclüsü olub.


Elvin Məmişzadə

Bu gün keçirilən final qarşılaşmalarında millimiz aktivinə 1 qızıl, 1 gümüş, 2 bürünc medal yazdırıb. Məmişzadə Yosbani Veytianı hər 3 raundda yenərək, karyerasında ilk dəfə dünya çempionu olub. 60 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Albert Səlimov finalda kubalı Lazaro Alvareslə qarşılaşmada zədə üzündən sonadək döyüşə bilməyib. Nəticədə ikinci raundda döyüş saxlanılıb və Alvares qalib elan olunub. Əvvəllər Rusiya yığmasının heyətində dünya və Avropa çempionluğu qazanmış Səlimov millimizin tərkibində gümüş medalla kifayətlənib.


Albert Səlimov

Daha öncə Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) bürünc medala sahib olub. Beləliklə, komandamız tarixdə ilk dəfə olaraq dünya çempionatında 4 medal qazanıb.

mənbə :
anspress

Boksçumuz dünya çempionu oldu