İçeriğe geçmek için "Enter"a basın

Obama ordusunu Əfqanıstandan çıxarmaq qərarından vaz keçdi

15-10-2015


15.10.2015 / 23:12 xeber –

ABŞ Əfqanıstandan gələn il ordunun çıxarılması planını donduracaq və 2016-cı ildən sonra ölkədə 5500 hərbçi saxlayacaq. Buna səbəb isə ölkədəki “həssas vəziyyətdir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın prezidenti Barak Obama bildirib.

 

Onun sözlərinə görə, ilin əvvəlində çıxarılması planlaşdırılan 9800 hərbçi gələn ilin çox hissəsini ölkədə olacaq,  2016-cı ildən sonra isə ABŞ Baqram, Cəlalabad və Qəndahardakı bazalarda 5500 hərbçi saxlayacaq.   

 

“Əfqanıstanın öz qüvvələri hələlik lazımı qədər güclü deyil. Vəziyyət Əfqanıstanda həssas olaraq qalmaqdadır, onun gərginləşməsi riski var”, deyə Obama qeyd edib.  

 

“Taliban ölkədə öz təsirini genişləndirib. Bu missiya bizim milli təhlükəsizliyimizin həyatı vacib maraqlarına uyğundur”, deyə ABŞ prezidenti qeyd edib.  

mənbə :
lent.az

Obama ordusunu Əfqanıstandan çıxarmaq qerarından vaz keçdi