İçeriğe geçmek için "Enter"a basın

Suriyadakı terrorçuların çeçen əsilli lideri Əbu Bəkr Əş-Şişanini öldürüldü

15-10-2015


15.10.2015 / 22:40 xeber –

Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində   “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani məhv edilib. APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib.  

 

“Oktyabrın 14-də Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani bir qrup silahlı ilə birlikdə məhv edilib”, deyə mənbə bildirib. 

mənbə :
lent.az

Suriyadakı terrorçuların çeçen esilli lideri Əbu Bekr Əş-Şişanini öldürüldü