15.10.2015 / 22:40 xeber –
Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani məhv edilib. APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib.
“Oktyabrın 14-də Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani bir qrup silahlı ilə birlikdə məhv edilib”, deyə mənbə bildirib.
mənbə :
lent.az