İçeriğe geçmek için "Enter"a basın

“Xəzər Lənkəran”ın millidə 26-cı futbolçusu

15-10-2015

02:00 xeber – Azərbaycan milli komandasının “AVRO-2016″nın seçmə mərhələsindəki son oyununda “Xəzər Lənkəran”ın 2 futbolçusu iştirak edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yığmanın Sofiyada Bolqarıstana 0:2 hesabı ilə uduzduğu qarşılaşmada Rahid Əmirquliyev və Elnur Cəfərov start heyətində yer alıblar.

90 dəqiqə meydanda olub, sarı vərəqə alan Əmirquliyev millidə ümumilikdə 47-ci matçını keçirib. 26 yaşlı yarımmüdafiəçi yığmadakı bütün oyunlarda “Xəzər Lənkəran”ın üzvü kimi iştirak edib.18 yaşlı Cəfərov üçün isə Bolqarıstanla matç debüt qarşılaşması olub. Gənc hücumçu ölkənin əsas komandasında 1-ci matçını keçirib. O, “Xəzər Lənkəran”ın tarixinə Azərbaycanın əsas yığmasında oynamış 26-cı təmsilçisi kimi düşüb.


Elnur Cəfərov

Belə ki, “Xəzər Lənkəran” yarandığı 2004-cü ildən bu oyunadək “ağ-yaşıllar”ın 25 üzvü millinin matçlarında meydana çıxmışdı. Cəfərovun 26-cı olduğu siyahıya Əmirquliyev başçılıq edir. “Xəzər Lənkəran”ın oyunçusu kimi 47 matç keçirən kapitandan başqa klubun 6 təmsilçisi də 10-dan artıq qarşılaşmada komandanın üzvü olmaqla milli forması geyinib. Bunlar Kamran Ağayev (31), Elnur Allahverdiyev (19), İlqar Qurbanov (16), Branimir Subaşiç (12), Emin Quliyev (11) və Vüqar Nadirovdu (11). Cəfərov da daxil olmaqla digər 19 oyunçunun hesabında isə 10 və ya daha az matç var.

mənbə :
anspress

“Xezer Lenkeran”ın millide 26-cı futbolçusu