
  15.10.2015 / 01:28 xeber – 
Ankara məhkəməsi oktyabrın 10-da Türkiyə paytaxtında baş verən terror aktı ilə bağlı xəbərlərin yayılmasına qadağa qoyub.
APA-nın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, qərar dərhal qüvvəyə minib, Türkiyə KİV-ləri bu barədə məlumatlandırılıb.
Məhkəmənin qərarına əsasən, qadağa televiziya, radio, mətbuat, İnternetdə bütün növ xəbərlər, məqalələr və müsahibələrə şamil edilir.
 mənbə : 
lent.az