İçeriğe geçmek için "Enter"a basın

Uşağı vurulan ana hərəkəti ilə hamını təəccübləndirdi

14-10-2015

22:50 xeber – Avtobus sürücüsü 3 məktəblini vuraraq, xəstəxanalıq edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə Rusiyanın Krasnodar şəhərində baş verib. 57 yaşlı avtobus sürücüsü Qeorqi qırmızı işıqdan keçərək, 3 məktəblini vurub. O, deyir ki, qırmızı işığın yandığını görməyib. Məlum olub ki, sürücü hələ indiyənədək heç vaxt yol hərəkəti qaydalarını pozmayıb və heç vaxt da sürücülük vəsiqəsindən məhrum olmayıb.

Ən maraqlısı isə odur ki, avtobus altında qalan qızlardan birinin valideyni sürücünün tutulmasını istəməyib. “Mən istəmirəm sürücünü həbsə salsınlar. Bu hadisə mənim də ailəmə kədər gətirdiyi kimi, inanıram ki, onun da ailəsinə kədər gətirib. Mən təkcə övladımın tezliklə sağalıb, ayağa qalxmasını istəyirəm. Axı, onun da ailəsi, uşağı var, onun tutulmağı düzgün olmazdı”, – deyə ana Tatyana polislərə bildirib.

Xəstəxanaya yerləşdirilən qızlardan birinin vəziyyəti digər iki nəfərə nisbətən bir az yaxşı olduğundan, o, baş verən hadisəni belə xatırlayıb: “Biz yolu keçərkən əvvəlcə yola baxdıq və əmin olandan sonra ki, yolda heç bir nəqliyyat yoxdur, sonra yolu keçdik. Amma avtobus birdən peyda oldu, sonra nə baş verdiyini xatırlamıram. Gözlərimi açanda gördüm ki, xəstəxanadayam, yanımda rəfiqəm Karina uzanmışdı və ağlayırdı, başımızın üstündə də çox adam var idi”.

Xəstəxanadan alınan məlumata görə, insident zamanı ən az zədəni Polina alıb, onun vəziyyəti ortadır. Onun rəfiqəsi Karina başdan zədə aldığı üçün dərhal əməliyyat olunub. Hazırda o, şüursuz vəziyyətdədir. Bundan sonra o hərəkət edə bilməyəcək. Hətta, sərbəst şəkildə nə geyinə, nə yuyuna biləcək. Digər qız, Veronikanın da vəziyyəti kafidir. O, xəstəxanaya çoxlu sınıqlarla gətirilib.

Həkimlərin sözlərinə görə, Polina bir, iki ay məktəbə gedə bilməyəcək, Karina və Veronika isə il yarım, iki il.

Hadisənin görüntüləri

mənbə :
anspress

Uşağı vurulan ana hereketi ile hamını teeccüblendirdi