İçeriğe geçmek için "Enter"a basın

Rusiyadan Qarabağ çağırışı

14-10-2015

21:10 xeber – “Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları bərpa etməlidir”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, bu danışıqların bərpa olunmasına münaqişə yerində vəziyyətin gərginləşməsi, qurbanların sayının artması mane olur.

“Bizim fikrimizcə, vəziyyətin getdikcə gərginləşməsi yolverilməzdir. Tərəfləri güc tətbiq etməkdən çəkinməyə və qarşılıqlı razılıq əldə edilməsi üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq”, – deyə Zaxarova bildirib.

O həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin aprel-may aylarında Moskva səfəri zamanı geniş müzakirə edilib.

“Bu, eyni zamanda Sergey Lavrovun onun xarici kolleqaları ilə əsas müzakirə mövzularından biridir. Biz bu məsələdə ABŞ və Fransa ilə sıx qarşılıqlı əməkdaşlıq edirik”, – deyən Zaxarova bu yaxınlarda Sergey Lavrovun ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdüyünü xatırladıb.


Mariya Zaxarova – Rusiya XİN-nin rəsmi nümayəndəsi

Bundan əvvəl də Mariya Zaxarova Qarabağ münaqişəsi ilə bağlı açıqlama vermişdi. O, Qərblə Rusiya arasında fikir ayrılığının münaqişə həllinə təsir etməməli olduğunu bildirib. “Ümid edirəm ki, Rusiya ilə digər ölkələr arasında yaranan fikir ayrılığı ucbatından ATƏT-in Minsk qrupunun işinə təsir etməyəcək. Çünki Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür”, – deyə Zaxarova bildirib.

Bununla belə, Amerikanın Karneqi fondunun Qafqaz məsələləri üzrə eksperti Tomas de Vaal Rusiyanın Dağlıq Qarabağ münaqişəsindən istifadə etdiyini bildirib.

Ekspert “Qafqazda nəzarəti itirərək” məqaləsində qeyd edib ki, Qarabağ münaqişəsinin həllində Rusiyanın strateji maraqları olsa da, o, münaqişədən öz maraqları üçün istifadə edir.

“Rusiyanın Qafqazda və bütün postsovet məkanında öz planı var. Onun hazırkı fəaliyyəti isə strategiyadan daha çox refleks və improvizədir”, – deyə Tomas de Vaal bildirib.


Şuşada uşaqlar 20 il əvvəl dağıdılmış binalar arasında oynayarkən
Foto: Getty Images

mənbə :
anspress

Rusiyadan Qarabağ çağırışı