İçeriğe geçmek için "Enter"a basın

Gəncədə maşın iki nəfəri vurdu, sürücü qaçdı

14-10-2015


14.10.2015 / 00:05 xeber –

Gəncədə avtomobillərini düzəldən iki nəfəri başqa bir avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Araz Dursunov və 1991-ci il təvəllüdlü Zöhrab Musayev özlərinə məxsus “Mercedes” markalı avtomobili yolun kənarında düzəldərkən hərəkətdə olan “VAZ21011” markalı avtomobil onları vurub və sürücü hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alana yaralılar Gəbəəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

mənbə :
lent.az

Gencede maşın iki neferi vurdu, sürücü qaçdı