İçeriğe geçmek için "Enter"a basın

Bayram Səfərovun rəis oğlu yeni vəzifəyə təyin olunub

13-10-2015


13.10.2015 / 16:58 xeber –

Bakıda daha bir polis bölməsinin rəisi dəyişdirilib.

 

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnikRamil Usubovun müvafiq əmri ilə Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi təyin olunub.

 

Qeyd edək ki, X. Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.

 

Xatırladaq ki, bundan əvvəl R. Usubov Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlovu tutduğu vəzifədən azad edərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədovu isə tutduğu vəzifədən azad edərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edib.

mənbə :
lent.az

Bayram Seferovun reis oğlu yeni vezifeye teyin olunub