İçeriğe geçmek için "Enter"a basın

Orta məktəb şagirdi qəzada öldü

13-10-2015

16:25 xeber – Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bərdə Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Xəlisli kənd sakini 2000-ci il təvəllüdlü Fərid Murad oğlu Ziyadzadə idarə etdiyi “Mercedes” markalı, 90- CM- 281 nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 15 yaşlı uşaq aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib.

Fərid Ziyadzadə orta məktəb şagirdi idi və avtomobili sürücülük vəsiqəsi olmadan idarə edirmiş. Maşın isə onun atasına məxsusdur.

Bundan başqa Yevlaxda da ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Yevlax rayonunun Aran qəsəbəsində Mingəçevir şəhər sakini Mədət Məmmədzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Fariz Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş F.Əhmədov orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

mənbə :
anspress

Orta mekteb şagirdi qezada öldü