İçeriğe geçmek için "Enter"a basın

ABŞ Belarusdakı seçkiləri pislədi

13-10-2015


13.10.2015 / 02:26 xeber –

Belarusda baş tutmuş prezident seçkiləri  beynəlxalq standartlara cavab verməyib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

 

Bəyanatda bildirilir ki, Belarusda səslərin sayılması və səsvermə prosesində ciddi problemlər mövcuddur. Dövlət Departamenti həmçinin ölkədə seçkilərin keçirilməsi ilə bağlı hüquqi bazanın yoxluğundan narahatlıq ifadə edib.

 

Bəyanatda qeyd olunub ki, yerli və beynəlxalq müşahidəçilər səslərin sayılması prosesindən kənarda qalıblar.

 

Xatırladaq ki, Belarusda keçirilən prezident seçkilərində səslərin 83,49 faizini toplayan Aleksandr Lukaşenko qalib gəlib.

mənbə :
lent.az

ABŞ Belarusdakı seçkileri pisledi