13.10.2015 / 01:53 xeber –
AVRO-2016-nın seçmə mərhələsində daha 3 qrupun oyunlarına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, baş tutan 9 qarşılaşmada final mərhələsinə daha iki vəsiqənin sahibini müəyyənləşdirməklə yanaşı, qrup üçüncüsü olacaq 3 komandanın da adı bəlli olub.
E qrupunun qarşılaşmaları demək olar ki, formal xarakter daşıyıb. İngiltərənin 1-ci, İsveçrənin 2-ci olduğu “altılıq”da Sloveniya da 3-cü pilləni tutub.
C qrupunda İspaniya 1-ci olduğundan Slovakiya ilə Ukrayna digər iki yer üçün qiyabi mübarizə aparıb. Lüksemburqa qalib gələn Slovakiya 2-ci olaraq birbaşa Fransaya, İspaniyaya yenilən Ukrayna isə 3-cü kimi pley-offa vəsiqə qazanıb.
G qrupunda da qalib bəllidi. Avstriyanın ən yaxşı olduğu “altılıq”da Rusiya və İsveç birbaşa vəsiqə üçün mübarizə aparıb. İsveçdən 2 xal öndə olan şimal qonşularımızı Monteneqro ilə ev oyununda qalib gələrək Avropa Çempionatına birbaşa qatılmaq hüququ qazanıblar. İsveç isə daha bir qarşılaşma oynamalı olacaq.
AVRO-2016-nin seçmə mərhələsi
X tur
C qrupu
Belarus – Makedoniya – 0:0
Lüksemburq – Slovakiya – 2:4
Ukrayna – İspaniya – 0:1
E qrupu
Estoniya – İsveçrə – 0:1
Litva – İngiltərə – 0:3
San-Marino – Sloveniya – 0:2
G qrupu
Avstriya – Lixtenşteyn – 3:0
Rusiya – Monteneqro – 2:0
İsveç – Moldova – 2:0
mənbə :
lent.az