İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Kuboku: 1/16 finalın oyun cədvəli

13-10-2015

01:11 xeber – Azərbaycan Kubokunda 2015/16 mövsümünə start verilir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, turnirin 1/16 final mərhələsində I divizion komandaları üz-üzə gələcək.

Artıq bu mərhələnin oyun cədvəli məlumdu. Qarşılaşmalar oktyabrın 14-də keçiriləcək. Cütün qalibləri bir oyunun nəticəsinə görə müəyyənləşəcək. Yarışın ilk mərhələsinin iştirakçısından 4-ü əvvəllər də ölkə kubokunda çıxış edibsə, “Şərurspor” və “Turan Tovuz” yarışın debütantıdı. https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Pe%C5%9F%C9%99kar_Futbol_Liqas%C4%B1 rəsmi internet saytı son illərdə üz-üzə gələn cütlərin kubok yarışlarındakı oyunlarının balansını daim təqdim etsə də, bu dəfəki qarşılaşmalarda görüşən klubların yolları indiyədək kəsişməyib.


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev.

14 oktyabr
MOİK – Turan Tovuz
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 14.00.

Şahdağ – Şəmkir
Şövkət Orduxanov adına Qusar şəhər stadionu. Saat 14.00.

Şərurspor – Qaradağ Lökbatan
“Bayıl Arena”. Saat 20.00.

Cari mövsümədək Azərbaycan kuboku yarışlarında 147 komanda iştirak edib. “Şərurspor” və “Turan Tovuz”un debüt etməsi ilə bu rəqəm 149-a çatacaq. Sonuncular əvvəlki 2 mövsümdə I divizionda çıxış etsə də, kuboka qatılmayıb. Bu komandanın “Turan”ın xələfi olmadığını nəzərə alsaq, Tovuzun kubokdakı növbəti təmsilçisinin debütü yalnız bu həftə gerçəkləşəcək. Digər debütant “Şərurspor” isə ümumiyyətlə ilk mövsümünü keçirir. Digər 4 komanda isə əvvəlki mövsümlərdə də kubokda qüvvəsini sınayıb.


Azərbaycan Kuboku.

2 dekabr
1/8 final mərhələsi

MOİK//“Turan Tovuz” cütünün qalibi – “İnter”
“Rəvan” -“Bakı”
“Qarabağ” – “Şahdağ”//”Şəmkir” cütünün qalibi
“Neftçala” – “Sumqayıt”
“Neftçi” // “Şərurspor”//“Qaradağ Lökbatan” cütünün qalibi
“Xəzər Lənkəran” – “Kəpəz”
“Qəbələ” – “Mil-Muğan”
AZAL – “Zirə”

mənbə :
anspress

Azerbaycan Kuboku: 1/16 finalın oyun cedveli