İçeriğe geçmek için "Enter"a basın

Türkiyəni qana boyayan iki terror aktında ilginc məqamlar

13-10-2015

00:40 xeber – Türkiyənin paytaxtı Ankara şəhərində baş verən partlayışın İŞİD terror təşkilatı tərəfindən törədilməsinə aid şübhələr artır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhəməd Davudoğlu jurnalistlərə açıqlamasında deyib. Oktyabrın 10-da törədilən partlayışda 100 dən çox insan həyatını itirib.

Türkiyədə 3 günlük matəm elan olunub və ölkədəki bütün bayraqlar yarıya endirilib.

Polisin araşdırmaları zamanı Surucda baş verən terror aktı ilə Ankarada törədilən partlayış arasında 5 oxşarlıq ortaya çıxıb:

1. Suruc partlayışında olduğu kimi burada da 10 kiloqram TNT bombadan istifadə edilib.

2. Surucdakı terror aktından sonra olduğu kimi bu dəfə də hadisə yerindən bədəni tam parça-parça olmuş meyit tapılıb. Son vaxtlar ən çox kamikadze hücumu həyata keçirən İŞİD terrorçularıdır.

3. Keçən dəfəki terrordan sonra övladı İŞİD-ə qoşulan ailələr uşaqlarının itkin düşdüyü barədə polisə məlumat vermişdilər. Eyni hal bu dəfə də təkrarlanıb. Polis bu ehtimal üzərinə Surucdakı partlayışı törədən Şeyx Abdurrəhman Alagözünün qardaşı Yunus Emre Alagözün izinə düşüb. Surucdakı terroru İŞİD üzvü Şeyx Abdurrəhman Alagöz törətmişdi.

4. Yunus Emre Alagözün qardaşı kimi Suriyanın Tel-Abyad qəsəbəsində fəaliyyət göstərən İŞİD-ə məxsus düşərgədə təlim gördüyü ehtimal edilir.

5. Məlumata görə, hər iki terror aktından əvvəl İŞİD üzvüləri ilə geniş toplantı keçirilib.


Ankarada baş verən terror aktından sonra hadisə yeri

Partlayış Türkiyədə böyük etrazlara səbəb olub. Baş verən hadisələr və ortaya qoyulan faktlar göstərir ki, kimlərinsə Türkiyədə etnik qruplar arasında qarşıdurmaların yaradılmasını planlaşdırır. Çünki bir neçə ay ərzində törədilən terror hadisələrində etnik qruplar hədəf alınır.

Misal üçün Şanlıurfa şəhərinin Suruc qəsəbəsində iyulun 20-də baş verən terror aktı göstərmək olar. Bu terror aktında kürdlərin təşkil etdiyi yığıncaq zamanı baş vermişdi. Hadisə Türkiyə Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvü adı çəkilən yerdəki çay bağçasında “Kobaninin yenidən inşaası” mövzusunda mətbuat konfransı keçirən zamanı törədilmişdi.

Partlayış nəticəsində onlarla insan həyatını itirib. Partlayışı İŞİD üzvü olan 18 yaşlı qızın törətdiyi bildirilsə də onun şəxsiyyəti rəsmi olaraq hələ ki açıqlanmayıb. Başqa bir versiyaya görə isə hadisəni qadın paltarı geyinmiş 20 yaşlı Adıyaman sakini Ədurrəhman Alagöz əlindəki bağlamanı partladaraq törədib. Hadisədən sonra Türkiyə ordusu və polisi terrorculara qarşı irimiqaslı əməliyyatlara başladılar.


Surucda baş verən terror aktından sonra hadisə yeri

mənbə :
anspress

Türkiyeni qana boyayan iki terror aktında ilginc meqamlar