12.10.2015 / 22:11 xeber –
Rusiyanın Partizansk şəhərində keçmiş prokuror müavini polis müstəntiqinin zorlanmasında şübhəli bilinir. Onun barəsində “Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə cinayət işi qaldırılıb.
Oxu.Az NTV-yə istinadən xəbər veirr ki, istintaqın versiyasına görə, iyulun 1-də prokuror müavini qadın müstəntiqi iş bahənasi ilə öz otağına çağırıb.
Bundan sonra nəzarət orqanının keçmiş əməkdaşı qapının bağlayıb və öz qurbanına psixoloji təsir edərək onu zorlayıb.
Hal-hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
mənbə :
lent.az