İçeriğe geçmek için "Enter"a basın

Tərtərin icra başçısının saysız hesabsız obyektləri – Prezidentə məktub

18-11-2019


[r32]
Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib.

Virtualaz.org xəbər verir ki, bu barədə Ziya Mahmudov adlı Tərtər sakininin çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlarda bəhs edilir. Sakin yolun kənarı boyu düzülən və icra hakimiyyətinin başçısına məxsus olduğu iddia edilən çoxsaylı kommersiya obyektlərini göstərib deyir: “İcra başçısı rayonu işğal edib”.

Habelə sakin Tərtərin girişində icra başçısına aid olduğu deyilən və yeni tikilməkdə olan ikimərtəbəli kommersiya obyektini də nişan verir: “Bu da icra başçısının təzə mağazasıdır, gözü doymayıb, birini də tikdirib”.
Sakin Müstəqim Məmmədovun Tərtərdə dövlət mülkiyyətində olan yüzlərlə hektar torpağı da aldığını, özünə mülklər tikdirdiyini , onun qonşu rayonlarda da biznes obyektlərinin, mülklərinin olduğunu bildirir. Eyni zamanda qeyd edir ki, icra başçısı şəxsi biznesini genişləndirməkdə olduğu bir vaxtda rayonda şəhidin adını daşıyan bulaq baxımsızlıqdan uçub dağılır…

Belə görünür ki, icra hakimiyyətinin başçısının çoxsaylı kommersiya obyektləri, mülkləri barədə kadrları çəkib internetdə yayan Tərtər sakini prezident İlham Əliyevin son çıxışlarından ruhlanıb. Prezident yeni təyin edilən icra hakimiyyəti başçılarını qəbul edərkən onların qarşısında vətəndaşlara xidmət, dürüstlük və insanların problemlərinə diqqətlə yanaşmaq barədə ciddi vəzifələr qoyub. Habelə prezident vətəndaşlara müraciət edərək bildirib ki, hansısa məmurun, icra hakimiyyəti başçısının tutduğu vəzifədən istifadə edib varlanmasına, korrupsiyaya və rüşvətə qurşanmasına, ümumiyyətlə, əyri yola getməsinə dair faktları dərhal ona çatdırsınlar.

Həmin sakin daha əvvəl də yerli KİV-lərdə icra başçısı haqda şikayətlərlə çıxış edib, amma raton İcra Hakimiyyətindən onun şikayətlərinin “əsassız olduğunu, Müstəqim Məmmədova şər-böhtan atdığını” bildiriblər.

Müstəqim Məmmədov 2014-cü ildə Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əvvəl isə Yevlax rayonunda icra hakimiyyətinin başçısının müavini işləmişdi.

*****
“30 ildir Ermənistana sinə gərən Tərtər başçı tərəfindən çökdürülür.” – Məşhur “Qarabağın Həcəri” İlham Əliyevə müraciət etdi…

Teref.az yazır ki, məşhur qazimiz, “Qarabağın Həcəri” kimi tanıdığımız Səbirə Mahmudova Prezident İlham Əliyevə Tərtərin İcra başçısı Müstəqim Məmmədovdan şikayət edib. Teref.az olaraq şikayəti təqdim edirik:
Cənab İlham Əliyev!
30 ildir Ermənistana sinə gərən Tərtər başçı tərəfindən çökdürülür.Əhali ruh düşgünlüyünə qapılıb.Sizin dövlət məmurlarının talanı haqda dediklərinizə daha bir nümunə Tərtər icra başçısının rayonu işqal etməsidir.Bu vedeo müraciət Azərbaycan Bayraqı ordenli Mehrac Mahmudovun-Qarabaqın şəhid qəhrəmanınıın oqlu tərəfindən yayılır.Baxmayaraq ki,2016 cı ildən bəri mənim bu faktlarla baqlı müraciətlərim nəticəsiz qalıb.Hələ bu kadrlarda başçının qohumlarının adına Tərtərdə,Yevlaxda,Bakıda,Hacıkənddə dövlət hesabına tikdirdiyi villalar göstərilmir.Yüzlərlə şəhid hesabına tutduqimuz erməni kəndlərində əkdiyi yüz hektarlarla sahələr göstərilmir.Sizin açılışını etdiyiniz Şahmat məktəbini də özəlləşdirdiyi deyiir.Cənab prezident,erməninin işqal edə bilmədiyi Tərtəri İcra başçısından xilas edəcəyinizə inanıram.
Səbirə Mahmudova.

Tərtərin icra başçısının saysız hesabsız obyektləri – Prezidentə məktub