İçeriğe geçmek için "Enter"a basın

Aynar Məmmədovun işçisi: “…həbs edib apardılar”

12-10-2015


12.10.2015 / 12:20 xeber –

 

 

Dünən gecə Ziya Məmmədovun qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus  “Nar Cafe”sində xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilməsi və oradakı bütün heyətin həbsi ilə bağlı məlumat təsdiqini tapıb.

 

Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, məlum olub ki, kafenin qapısı açıq olsa da, fəaliyyət göstərmir. Kafedə olan bir neçə xidmətçi gecə belə bir əməliyyatın keçirildiyini təsdiqləyib. Onlar bildirib ki, Aynar Məmmədov başda olmaqla kafedə olan bütün şəxslər həbs olunaraq aparılıb. Hətta kafenin İbrahim adlı administratoru da saxlanılanlar arasındadır. Kafenin texniki avadanlıqları, o cümlədən telefonlar da əməliyyatçılar tərəfindən götürülüb. Xidmətçilər həmçinin qeyd ediblər ki, kafe açıq olsa da, müştəri qəbul etmir.

 

Xatırladaq ki, kafedəki əməliyyatın qanunsuz kazinonun fəaliyyət göstərməsi ilə bağlı həyata keçirildiyi bildirilir. Əməliyyatın MTN, yoxsa “Bandotdel” tərəfindən yerinə yetirildiyi isə hələ ki, açıqlanmayıb.

 

DİN mətbuat xidmətindən baku.ws-yə bildirilib ki, nazirliyə bu məsələ ilə bağlı məlumat daxil olmayıb. DİN rəsmisi Orxan Mansurzadə Lent.az-a açıqlamasında deyib ki, gün  ərzində qeyd olunan hadisə barədə açıqlama yayılacaq.

mənbə :
lent.az

Aynar Memmedovun işçisi: “…hebs edib apardılar”