[r32]
15 Noyabr, 2019 20:08 xeber – “Çox çətin qarşılaşma olacağını bilirik. Son ev matçımızdı və istəyirik ki, ilk növbədə xalqımızı sevindirək”.
“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov Bakıda Uelsə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.
Müdafiəçi sabah layiqli mübarizə aparmaq istədiklərini bildirib: “Millimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Xallar qazanmaq istəyirik”.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlanacaq
mənbə :
Report.az