İçeriğe geçmek için "Enter"a basın

Qaxda yol qəzası baş verib, xəsarət alan var - FOTO

15-11-2019

[r32]

15 Noyabr, 2019  19:03 xeber – Qax rayonunda yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında Qorağan-Qax avtomobil yolunun, Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2109” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2109″un sürücüsü, Qax rayonunun Almalı kənd sakini, 1969-cu il təvəllüdlü Qiyas Cuma oğlu Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



mənbə :
Report.az

Qaxda yol qezasi bas verib, xesaret alan var