İçeriğe geçmek için "Enter"a basın

Rusiyanın sifariş etdiyi gəmilər bu ölkəyə satıldı

11-10-2015

22:59 xeber – Misir Fransa ilə vertolyotdaşıyan “Mistral” gəmilərinin alınması ilə bağlı müqavilə imzalayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, həmin gəmilər bundan əvvəl Rusiya üçün nəzərdə tutulmuşdu.

Amma Fransa sonda ötən ilin martında Rusiyanın Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilmiş sanksiyalardan sonra sövdələşməni pozdu.

Ümumiyyətlə, hər iki gəmi 2011-ci ildə Rusiya ilə bağlanmış 1,2 milyard dollarlıq müqaviləyə əsasən, rus donanması üçün hazırlanıb. Sözügedən müqavilə ilə bağlı uzun müddətdir müzakirələr gedir. Rusiyanın Ukraynada törətdiklərinə görə NATO müttəfiqləri Parisə təzyiq göstərir və gəmiləri çatdırmamağı tələb ediblər.

Bundan əlavə, prezident Fransua Olland Ukraynada inkişaf olmadığını əsas gətirərək hər 2 gəminin çatdırılmasını “növbəti xəbərdarlığa” qədər təxirə salıb. Moskva isə ölkənin şərqində rusyönümlü separatçıları silahlandırmaqda ittiham olunur.


Vladimir Putin – Rusiya prezidenti və Fransua Olland – Fransa prezidenti

Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Fransa sözünün üstündə durmasa, bunun nəticəsi pis ola bilər: “Fransa sonda müqavilənin şərtlərini pozsa, Rusiya məhkəməyə müraciət edib, cərimələr tətbiq edəcək”.

Prezident Vladimir Putinin köməkçisi Vladimir Kojin bu günlərdə bildirib ki, Fransa iki ədəd “Mistral” hərbi gəmini Moskvaya satmaqdan imtina etdiyinə görə rəsmi Paris Rusiyaya kompensasiya ödəməyə razılaşıb. Bu məsələyə dair Fransa ilə Rusiya arasında danışıqlar yaxşı keçib. Hər şey – kompensasiyanın miqdarı və ödənilməsi cədvəli həll olunub.

Müqavilə oktyabrın 10-da Fransanın baş naziri Manuel Vallsın Qahirəyə səfəri zamanı imzalanıb.

Fransa prezidenti Fransua Olland sentyabrın 23-də Misir prezidenti Abdel Fattah al Sisi ilə belə bir razılığa gəlmişdi. Bu gəmilərin hər biri 16 vertolyot, 4 desant kateri və 13 tank daşıya bilir. Rusiyanın 2011-ci ildə sifariş etdiyi gəmilərin dəyəri 1,4 milyard dollardır.


“Mistral” gəmisi

“Mistral” gəmiləri Fransa hərbi-dəniz sənayesinin tacıdır. Fransa donanmasında bu gəmiləri “isveç cib bıçağı” da adlandırırlar. Bu gəmilər 12 hücum vertolyotu, 60 zirehli nəqliyyat vasitəsi və 12 tank daşımaq imkanına malikdir. Gəmiyə həmçinin 700 əsgər və bütöv hospital sığır.

mənbə :
anspress

Rusiyanın sifariş etdiyi gemiler bu ölkeye satıldı