İçeriğe geçmek için "Enter"a basın

Türkiyənin ANS-ə təşəkkürü - FOTO

11-10-2015

20:03 xeber – Azadlıq.az xəbər verir ki, ans tv-nin Ankarada baş verən terror aktlarına görə əyləncəli verilişləri dayandırması Türkiyə mətbuatının diqqətini cəlb edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qardaş ölkənin aparıcı xəbər agnetlikləri Azadlıq.az xəbər verir ki, ans tv-nin bu addımını “Ankara həmrəyliyi” olaraq adlandırıblar.

İhlas xəbər agentliyində yer alan məlumatda bildirilir ki, Türkiyənin kədərinə şərik olan ANS TV Azərbaycanda yeganə telekanaldır ki, ekranda matəm lenti yerləşdirib və birlik mesajı olaraq “Fetih 1453” filmini nümayiş etdirib.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin Ankarada törədilən qanlı terror aktı ilə bağlı fikirləri də xəbərdə yer alıb:

“Biz bu qanın yerdə, günahkarların isə cəzasız qalmayacağına inanırıq! Türkiyə dövləti və xalqı hər hansı haqsızlıq və ədalətsizlikdən daha güclüdür! Dərd ağırdır, kədər böyükdür! Biz bu faciə ilə bağlı proqram şəbəkəsində dəyişiklik etmiş, əyləncəli verilişləri şəbəkədən çıxarmışıq”


İhlas xəbər agentliyi


Haber24

“Ankarada baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktina görə Azərbaycan xalqının hər bir üzvü kimi biz də dərin kədər, hüzn içindəyik. Əminəm ki, bu hadisə bizi daha da güclü edəcək!, – deyə V.Mustafayev bildirib.

O, bu hadisənin ona Bakıda yaşanan analoji halları xatırlatdığını deyib.

“Artıq 100-ə yaxın bacı-qardaşlarımız Ankarada terrorun qurbanı oldu, 250-yə yaxın insan isə yaralanıb. Bu, mənə 1994-cü il 19 mart “20 Yanvar” və həmin ilin 3 iyulunda “Gənclik” stansiyası yaxınlığında baş verən terror aktlarını xatırladı. Çox ağır günlər yaşadı onda Azərbaycan xalqı. Saatlarla meyid və yaralıları daşıyırdıq… Amma tək deyildik – türkiyəli bacı-qardaşlarımızla çiyin-çiyinə çarpışırdıq. Biz o zaman terrorçuların layiqincə cəzasını verdik, inanıram ki, terrorçular bu gün də cəzasız qalmayacaqlar in şa Allah!


Bakı Metropolitenində partlayış. 1994-cü il

Ötən gün Ankarada baş verən terror aktı zamanı 95 nəfər dünyasını dəyişib 200-dən çox insan yaralanıb.

Partlayışın baş verdiyi dəmiryolu vağzalında mitinq keçirildiyindən qurbanların sayı çox olub.

Baş verən faciə ilə bağlı Türkiyədə 3 günlük matəm elan olunub, dövlət bayraqları yarıya qədər endirilib. Hadisədən sonra bəyanatla çıxış edən Türkiyə baş naziri Əhməd Davudoğlu partlayışa görə İŞİD silahlıları, Kürdüstan Fəhlə Partiyası ( PKK) fəallarının və radikal solçuların şübhəli bilindiyi bildirib.

Terror hadisəsindən sonra Türkiyənin bir sıra iri şəhərlərində, o cümlədən Istanbulda minlərlə insanın iştirakı ilə terrora qarşı etirazlar başlayıb.

Baş verənlərə görə Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 12-də Türkmənistana planlaşdırılan səfərini təxirə salıb.


İstanbulda etiraz aksiyası

Həmçinin oxuyun: Türkiyədə etiraz dalğası baş qaldırdı

mənbə :
anspress

Türkiyenin ANS-e teşekkürü – FOTO