İçeriğe geçmek için "Enter"a basın

Rusiya və ABŞ Suriyada hava əməliyyatlarının təhlükəsizliyini müzakirə etdı

11-10-2015


11.10.2015 / 00:37 xeber –

Rusiya və ABŞ Müdafiə Nazirliklərinin nümayəndələri videokonfrans vasitəsilə Suriyada hava əməliyyatlarının təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər. Yaxın zamanda daha bir analoji konfransın keçiriləcəyi planlaşdırılır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

 

Qeyd edək ki, ilk tərəflər arasında ilk videokonfrans  oktyabrın 1-də ABŞ-ın təşəbbüsü ilə baş tutub.

 

Məlumata görə, danışıqlar zamanı Amerika tərəfi razılaşdırılması təklif olunan  sənəd təqdim edib. Sənəd Rusiya Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən dəstəklənib, sadəcə ekspert səviyyəsində bəzi texniki detalların dəqiqləşdirmək qərara alınıb.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün Suriya hava məkanında əməliyyatlara dair birgə qurumlararası sənədin layihəsinin hazırlandığını və ABŞ-a təqdim olunduğunu bildirib.

mənbə :
lent.az

Rusiya ve ABŞ Suriyada hava emeliyyatlarının tehlükesizliyini müzakire etdı