İçeriğe geçmek için "Enter"a basın

"Facebook"dan mükəmməl yenilik (FOTO, VİDEO)

11-10-2015

00:18 xeber – “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq növbəti yenilik edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Mark “Facebook” istifadəçilərinin maraqla gözlədiyi “bəyənməmək” düyməsinin yerinə alternativ “emodzi”lər haqqında öz rəsmi profilində qısa bir video paylaşaraq məlumat verib. O, sosial şəbəkədəki paylaşımlara fərqli reaksiyaları ifadə etmək məqsədi ilə “like” düyməsinin yerinə 6 yeni “emodzi” üzərində çalışdıqlarını bildirib.

“Bəyənirəm” standart düyməsinə daha 6 yeni düymə əlavə olunub: “sevgi”, “gülüş”, ”sevinc”, “kədər”, “qəzəb”, “təəccüb”


“Facebook”da yeni “emodzi”lər

Əlbəttə, yeni əlavə olunmuş düymələrin sınağı olacaq. İlk dəfə İspaniya və İrlandiyanın sosial şəbəkə istifadəçiləri arasında sınaq keçiriləcək. Artıq bu gündən onların monitorlarında yeni əlavə olunmuş “emodzi”lər görünəcək.

mənbə :
anspress

“Facebook”dan mükemmel yenilik (FOTO, VİDEO)