İçeriğe geçmek için "Enter"a basın

Suriya ordusu Türkiyə sərhədinin 20 kilometrliyində iki şəhəri azad etdi

10-10-2015


10.10.2015 / 23:54 xeber –

Suriya ordusu könüllülərdən ibarət silahlı dəstələrin köməkliyi ilə Türkiyə sərhədindən 20 km aralıda,  Latakiya əyalətinin şimalında yerləşən Kafr-Ajuz və Kafr-Delba yaşayış məntəqələrini azad edib.  APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə  hərbi mənbə bildirib.

 

“Biz hücuma oktyabrın 10-na keçən gecə keçdik,  Kafr-Ajuz və Kafr-Delba yaşayış məntəqələrini tamamilə azad etdik, hazırda Salma şəhərin uğrunda döyüş davam edir”, deyə mənbə bildirib.

 

Qeyd edək ki, terrorçuların nəzarəti altında olan Salma şəhər tipli qəsəbə silahlıların Latakiya əyalətinin Suriya-Türkiyə sərhədi hissəsində  əsas dayaq məntəqəsi sayılır.

 

Məlumata görə, Suriya ordusu bir neçə hündürlüklərdən  terrorçuların mövqeləri istiqamətində tanklardan və artilleriya qurğularından zərbələr endirilir.

mənbə :
lent.az

Suriya ordusu Türkiye serhedinin 20 kilometrliyinde iki şeheri azad etdi