22:23 xeber – Türkiyə vertolyotları son bir neçə gün ərzində iki dəfə Ermənistanın hava məkanına daxil olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. Baş verən hadisəni Milli Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan da təsdiqləyib.
Qəzetin yazdığına görə, hava sərhədinin pozulması hakim Respublika partiyasının iclasında da müzakirə olunub. Artyom Movsisyan bildirib ki, Türkiyə vertolyotları Ermənistanın hava sərhədini pozmağa həqiqətən də cəhd ediblər.
Artyom Movsisyan – Ermənistan Milli Aviasiya Baş İdarəsinin rəisi
“Bu cür faktlar oktyabrın 6-da və 7-də qeydə alınıb. Sərhədin pozulması 2-4 dəqiqə çəkib. Xüsusi reqlamentə uyğun olaraq tərəfimizdən lazımi tədbirlər görülüb. Həmçinin Ankaradakı dispetçerlə hava gəmisinin hansı tipdən olduğu dəqiqləşdirilib”.
A.Movsisyanın sözlərinə görə, hava sərhədini pozan hərbi sərnişin vertolyotları olub. Lakin vertolyot sərhəddən içəri çox da keçməyərək, Ermənistan ərazisini tələsik tərk ediblər.
İnsident Ermənistanın Armavir vilayətində baş verib. Marşrut isə İqdır-Qars olub.
Türkiyə-Ermənistan sərhədi (qırmızı rənglə işarələnib)
Məlumdur ki, Ermənistanla Türkiyə sərhədləri 20 ildən artıqdır ki, bağlıdır. Ölkələr arasında siyasi vəziyyətdə gərgin olaraq qalır. Son vaxtlar Emənistanın ən yaxın müttəfiqi Rusiya ilə Türkiyə arasında gərginlik yaşanır. Sərhəd pozuntusu isə bu gərginliyin fonunda baş verir. Bu isə Rusiyaya bir cavab ola bilər. Rusiya Türkiyə sərhədlərini son 15 gündə bir neçə dəfə pozub. Vəziyyətin gərginləşdiyini görən NATO iki ölkə arasında baş verən gərginliyə münasibət bildirib. NATO -nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin hava sərhədini pozması heç də təsadüfə oxşamır.
Yens Stoltenberq – NATO-nun baş katibi
“Rusiya hələ də Türkiyənin hava sərhədinin niyə pozduğu haqda heç bir izahat verməyib. Bizim üçün bu sərhəd pozuntusu heç də təsadüf kimi görünmür. Xəbərdarlıqlara baxmayaraq, Rusiyaya məxsus Su-30 və Su-24 təyyarələri Türkiyə hava məkanına daxil olub. Biz Avropadakı müşahidə mərkəzlərindən hava sərhədlərinin pozulduğunu dəfələrlə müşahidə etmişik. Bu, yolverilməz haldır.”
mənbə :
anspress