İçeriğe geçmek için "Enter"a basın

Olimpiya stadionunda ilk qol

10-10-2015

21:14 xeber – 21:11

İtaliya millisinin Braziliya əsilli hücumçusu Eder Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qapısına yol tapdı. 11-ci dəqiqədə italyanlar 1:0 irəli çıxdı.

20:59
Milli komandamız bu gün növbəti oyununa çıxacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yığmamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq.

Görüş əsas millimizin tsikldə son ev oyunudur. Saat 21.00-da başlayacaq qarşılaşmanı şotland FIFA referisi Villyam Kollum idarə edəcək. Görüşün Bakı Olimpiya Stadionunda keçirilməsi qarşılaşmaya əlavə maraq qatır. Bu oyun 68 minlik arenada baş tutacaq ilk futbol matçı olacaq.


FIFA referisi Villyam Kollum

Yığmamızın müdafiəçisi Rəşad Sadıqov üçün yubiley – 100-cü qarşılaşmada komanda yoldaşları sürpriz edərək kapitana hədiyyə edə bilərlər. Həmçinin bu gün Ruslan Abışovun ad günüdür. Millimizin aparıcı üzvünun 28 yaşı tamam olur. İtaliya yığması indiyədək 4 dəfə dünya, 1 dəfə Avropa çempionu, 1 dəfə olmpiya oyunlarının qalibi olub. İtaliya millisi ilə indəyədək 3 oyunda qarşılaşan Azərbaycan yığması bu görüşlərin hamısından məğlub ayrılıb.


Ruslan Abışov

AVRO-2016
Seçmə mərhələ
H qrupu

10 oktyabr
21.00 Azərbaycan – İtaliya
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 8. Eddi İsrafilov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Anar Nəzirov, 4. Pavel Paşayev, 6. Rəşad Sadiqov, 9. Elvin Məmməmdov, 11. Tuğrul Erat, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 17. Elnur Cəfərov, 18. Rəhman Hacıyev, 20. Məhəmməd Mirzəbəyov.
Baş məşqçi: Robert Prosineçki.
İtaliya: 1. Canluici Buffon (k), 2. Mattia De Skiqlio, 3. Giorgio Çiellini, 4. Matteo Darmian, 6. Antonio Kandreva, 9. Qraziano Pelle, 10. Marko Verratti, 14. Stepan Əl Şaaravi, 16. Marko Parolo, 17. Eder, 19. Leonardo Bonuççi.
Ehtiyat oyunçular: 13. Daniel Padelli, 5. Alessandro Florenzi, 7. Simon Zaza, 8. Roberto Soriano, 11. Cakomo Bonaventura, 12. Salvator Siriqu, 15. Andrea Barzagli, 18. Rikkardo Montolivo, 20. Sebastian Covinko, 21. Andrea Bertolaççi, 22. David Santon, 23. Fabio Quagliarella.
Baş məşqçi: Antonio Konte.
Hakimlər: Villyam Kollum (Şotlandiya), Damian Makqreyt (İrlandiya), Frensis Konnor, Alastair Mater (Şotlandiya).
Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (Şotlandiya).
Hakim-inspektor: Marinus Kopman (Holalndiya).
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya).
Bakı. Olimpiya stadionu.

mənbə :
anspress

Olimpiya stadionunda ilk qol