10.10.2015 / 20:48 xeber –
Bakı-APA. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda terror təhlükəsi ilə mübarizədə Türkiyə hakimiyyəti ilə sıx əməkdaşlığa hazır olduğunu təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı məktubda bu dəhşətli cinayətin icraçı və sifarişçilərinin layiqli cəza alacaqlarına ümid etdiyini bildirərək, terror təhlükəsi ilə mübarizədə Türkiyə hakimiyyəti ilə ən sıx əməkdaşlığa hazır olduğunu təsdiqləyib”, deyə Putinin başsağlığı məktubunda bildirilir.
mənbə :
lent.az