10.10.2015 / 20:03 xeber –
Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror hadisəsinin çoxsaylı insan təlafatı ilə nəticələnməsi ilə bağlı ümummilli yas elan edilib.
APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuat konfransında bəyan edib.
Ə. Davudoğlu deyib ki, ölkədə 3 günlük ümummilli yas elan edilib.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi nəticəsində 86 nəfər dünyasını dəyişib, 186 nəfər yaralanıb.
mənbə :
lent.az