İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda bir gündə 3 meyit tapıldı

10-10-2015

19:29 xeber – Azərbaycanda gün ərzində 3 meyit aşkarlanıb.

Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Bakının Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qalina İsmayılovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Elə həmin gün Quşqara çayının Göygöl rayonunun Yalqışlaq kəndi ərazisindən keçən hissəsində Qızılca kənd sakini Natiq Nəbiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Üçüncü meyit isə Azərbaycan – İran sərhəddində, daha dəqiqi Cəlilabad rayonunun Bayxanlı kəndində tapılıb. Sərhəd zolağına yaxın ərazidə üzərində zorakılıq əlamətləri görünməyən 25-30 yaşlı kişi meyiti aşkar edilib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Ümumiyyətlə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınıb ki, onların da 22-si “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Həmçinin respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.

mənbə :
anspress

Azerbaycanda bir günde 3 meyit tapıldı