İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın böyük savaşı başladı

10-10-2015

18:51 xeber – Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya səfərə gəlib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Qaribaşvilini Heydər Əliyev Beynəlxalq Hava Limanında energetika və sənaye naziri Natiq Əliyev qarşılayıb. Qarşılanma mərasimindən dərhal sonra Qaribaşvili prezident İlham Əliyevin qəbuluna yollanıb. Burada tərəflər iki ölkə arasındakı münasibətləri, o cümlədən energetika sahəsindəki əməkdaşlığı müzakirə ediblər.

Baş nazirin Bakıya səfəri qəfil və əvvəlcədən planlaşdırılmayan səfər təsüratını bağışlayır. Çünki əksər hallarda Azərbaycana səfər edəcək rəsmi şəxslərlə bağlı məlumatlar mətbuatda əvvəlcədən yazılır. Amma mətbuatda səfərlə bağlı heç bir məlumat getməyib.

Səfər Gürcüstanın digər dövlətlərdən qaz alması barədə məlumatlar yayıldıqdan sonra baş tutur. Məlumdur ki, Gürcüstan Rusiya və İranla neft və qaz alışına dair müzakirələr aparır.


Gürcüstanın baş naziri İrakli Qaribaşvili və prezident İlham Əliyev

Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua və energetika naziri Kaxa Kaladze xəbər verib.

Baş nazirinin Bakıya qəfil səfərini şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, mavi qazın və tranzit qiymətləri yenidən müzakirə oluna bilər: “İran və Rusiyanın Gürcüstanla qaz satışına dair müzakirələrin fonunda baş nazirin Bakı səfərində qazın qiymətinin daha da aşağı salınması müzakirə olunması ehtimal edilir. Açıqlamalardan görünür ki, Gürcüstan qaz alışı üçün alternativ bazar axtarır. Amma İran və Rusiyanın bu bazara asanlıqla girməsi mümkün deyil. Çünki SOCAR-ın Gürcüstanda inkişaf etmiş infrastrukturu var.”


Qabil Hüseynli – politoloq

Qabil Hüseynlinin fikrincə, digər müzakirə olunacaq məsələ isə Azərbaycanın Gürcüstan ərazisindən keçən boru kəmərlərinin tranzit qiymətləri ilə ola bilər.

“Gürcüstan tərəfi bir neçə dəfə tranzit qiymətlərinin qaldırılması ilə bağlı məsələ qaldırıb. Bizim boru kəmərlərinin Gürcüstan ərazisindən keçdiyinə görə Azərbaycan qazın müəyyən hissəsini pulsuz ixrac edir. Qonşu ölkə Azərbaycanla təkcə qaz müqavilələri bağlamayıb. Gürcüstanın neftə olan təlabatlarını demək olar ki, Azərbaycanın tranzit xətləri ödəyir.”

Dövlət Neft Şirkəti Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir. Məlumata görə, 2014-cü ildə Gürcüstan “Şahdəniz-1” yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, “Şahdəniz-2” yatağından isə min kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr qaz alıb.


“Şahdəniz-1” yatağından çıxarılan qazın ixrac istiqaməti

Bundan əlavə, 2008-ci ildə bağlanmış müqaviləyə əsasən Gürcüstan Azərbaycandan güzəştli qiymətə daha 500 milyon kubmetr qaz alır.


“Şahdəniz-1” yatağının platformalarından biri

Gürcüstanın başqa dövlətlərlə qaz ixracı ilə bağlı müqavilənin bağlanması Azərbaycan SOCAR-ın qonşu ölkənin energetika bazarında payının azalması deməkdir. Çünki Gürcüstan bazarına daxilolmaların 40%-i Azərbaycanın payına düşür. Belə bir böyük bazarın itirilməsi isətər-istəməz Azərbaycan tərəfini narahat edir.

İrakli Qaribaşvilinin Azərbaycana səfəri keçən ilin sentyabrındə baş tutub. Bundan əvvəlki səfərdə də ikitərəfli münasibətlərin, həmçinin ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrinin əhəmiyyətinə toxunulmuşdu.

mənbə :
anspress

Azerbaycanın böyük savaşı başladı