İçeriğe geçmek için "Enter"a basın

Ankarada qanlı gün: partlayışda ölənlərin sayı 90-a çatır - YENİLƏNİB

10-10-2015


10.10.2015 / 18:48 xeber –

İlkin ehtimala görə, hadisəni bədəninə partlayıcı bağlamış terrorçu törədib

Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı qurbanlarının sayı 86-ya çatıb.

 

APA-nn xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib.

 

Nazirin sözlərinə görə, hazırda xəstəxanalarda 186 nəfər yaralı var ki, onlardan 28-nin vəziyyəti ağırdır. 

 

***

 

16:58

 

Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 47-ə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə "Hürriyet" qəzetinə Ankaranın Baş prokuroru Harun Kodalak bildirib.

 

Baş prokurorun sözlərinə görə, 30 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanalarda dünyasını dəyişib.

 

"Xəstəxanaya yerləşdirilən yaralıların bir çoxunun vəziyyəti kritikdir. Ölənlərin sayının artacağından qorxuruq", – deyə H. Kodalak bildirib.

***

14:45

 

Bu gün Ankarada baş verən dəhşətli partlayışda ölənlərin sayı 30-a çatıb. Lent.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda daha 126 nəfərin yaralandığını bildirib.

 

Hadisədən sonra ərazidəki mitinq təxirə salınıb. Hadisəni araşdırmaq üçün 5 prokuror ayrılıb.

 

İlkin ehtimala görə, hadisəni bədəninə partlayıcı bağlamış terrorçu törədib.

 

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

 

 

 

***

12:45

 

Bu gün Ankarada törədilən partlayışlar nəticəsində xeyli insanın öldüyü bildirilir. Bu barədə "Doğan" xəbər agentliyi məlumat yayıb.

 

Bildirilir ki, həmkarlar ittifaqları üzvlərinin toplaşdığı yerin yaxınlığında – körpünün altında partlayışın törədilməsi nəticəsində yaralananlardan bəziləri artıq dünyasını dəyişib. 

 

***

12:42

 

Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, KESK, DİSK, TMMOB və TTB həmkarlar təşkilatları bu günə “Barış Mitinqi” təyin edib. Mitinqə qatılmaq üçün Gənclik Parkında insanları toplaşmağa başlayarkən ardıcıl 2 partlayış baş verib. Çoxlu sayda insanın yaralandığı xəbər verilir.  Hadisə yerinə ambulanslar göndərilib. 

 

mənbə :
lent.az

Ankarada qanlı gün: partlayışda ölenlerin sayı 90-a çatır – YENİLƏNİB