İçeriğe geçmek için "Enter"a basın

Bakıda italyanları çətin oyun gözləyir

10-10-2015

18:22 xeber – Milli komandamız bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Robert Prosineçkinin başçılıq etdiyi komandamız İtaliyanı qəbul edəcək.

Avropanın aparıcı bukmeker mütəxəsisləri oyunla bağlı fikirlərini açıqlayıb. “Betfair” birjasının eksperti Maykl Lintornun Azərbaycan və İtaliya yığmalarının arasında oyunla bağlı proqnozunu təqdim edirik.


İtaliya millisi

“Bu seçmə mərhələdə İtaliya yığması qələbələrini çətinliklə əldə edir. Azərbaycan öz meydanında çox əminliklə oynayır. Onları doğma meydanda məğlub etmək olduqca çətindir. Bu mərhələdə Azərbaycan bir dəfə bir top fərqlə uduzub, o da səfərdə. Rəqiblərin arasında birinci matç “skuadra adzurra” nın doğma meydanda 2:1 çətinliklə qazandığı qələbəsiylə başa çatıb. Düşünürəm ki, bu dəfə də Kontenin komandası üçün çətin olacaq.


Robert Prosineçki

Digər bir ekspertin açıqlamasına görə, İtaliya millisi Bakıdan minimal hesablı qələbə ilə ayrılacaq. “Kontenin yetirmələrinə qələbə qazanmaq vacibdir. Onlar Azərbaycan yığmasını minimal hesabla məğlub edəcək. Azərbaycan millisi evdə yaxşı təsir bağışlayır. Prosineçkinin gəlişindən sonra azərbaycanlılar yüksəlişdədir və bu onların oyununda hiss olunur”- deyə rusiyalı şərhçi Leonid Volotko vurğulayıb.


Antonio Konte

4 qat dünya çempionu İtaliya millisi artıq Bakıda ilk məşqinə çıxıb. “Skuadra Adzurra”nın heyətinə gəlincə, Antonio Kontenin Bakıda Canluici Buffon, Leanordo Banuççi, Andrea Pirlo, Stefan Əl-Şəravi kimi ulduz futbolçulara şans verəcəyi gözlənilir. Çünki Bakıda qazanılan qələbə sabiq dünya çempionlarının birbaşa final mərhələsinə çıxışını təmin edəcək.

Milli Olimpiya Stadionunda keçirilən ilk rəsmi matç kimi tarixə düşəcək. Azərbaycan-İtaliya oyununun start fiti saat 21:00-da səslənəcək.


Bakı Olimpiya Stadionu

mənbə :
anspress

Bakıda italyanları çetin oyun gözleyir