
  10.10.2015 / 18:22 xeber – 
Xaçmaz rayonunda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 7-də Nərgiz Həsənovanın evindən soyğunçuluğa cəhd göstərmiş rayon sakini Coşqun Nəsirov tutulub.
Araşdırmalar davam etdirilir.
 mənbə : 
lent.az