İçeriğe geçmek için "Enter"a basın

Dünyanın ən gözəl saçı sizin ola bilər

10-10-2015

18:10 xeber – Bu gün Nərgiz Klinikası xalq təbabəti və müasir fitoterapiya mövzusunda elmi-praktiki seminar keçirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Ambasador” otelində təşkil olunmuş seminarın əsas məqsədi təbii bitkilərlə hazırlanmış “Nərgiz” balzamının təqdimatı idi. Tədbirdə Azərbaycan elminin nümayəndələri – biologiya elmləri doktorları Səyyarə İbadullayeva, Fəxrəddin Əsgərov, Rasim Axundov, kimya elmləri doktoru Siracəddin Sərkərov, əczaçılıq elmləri doktoru Məhbubə Nəbiyeva, Xəzər Universitetinin elmi işçisi İradə Xəlilova, Azərbaycan Tibb Universitetinin elmi işçisi Hafiz Osmanov və başqaları iştirak ediblər.


Seminarda iştirak edən qonaqlar

“Nərgiz” klinikasının rəhbəri Məlahət Qurbanova seminarda çıxış edərək “Nərgiz” balzamı haqqında məlumat verdi. Onun sözlərinə görə, bu balzam yalnız təbii bitkilərdən hazırlanıb: “Hazırladığım bu məhlulun tərkibində 4 cür bitki var. Onların hər biri ayrı-ayrılıqda insana heç bir ziyanı olmayan bitkilərdir. “Nərgiz” balzamı saçların tökülməsinin qarşısını alır, bundan başqa, immun sistemi qaldırır.”


Məlahət Qurbanova – “Nərgiz” klinikasının rəhbəri

Məlahət Qurbanova çıxışı zamanı balzamın bu günə qədər bir çox insanlara kömək etdiyini vurğuladı. Balzamın kömək etdiyi pasientlərdə ən az yaşlısı tədbirdə iştirak edirdi. Günel Vəliyeva adlı balaca qızcığazın valideynləri uzun müddət etdikləri müalicəyə baxmayaraq, övladlarının saç tökülməsinin qarşısının heç cürə ala bilmədiklərini söylədilər: “4 dörd il idi ki, uşağı aparmadığımız yer qalmamışdı. Qurdu olduğu üçün saçı, demək olar ki, tamamilə tökülmüşdü. Günel məktəbə belə getməyə utanırdı. Yalnız Məlahət xanıma müraciətdən sonra, təbii bitkilərlə müalicə aldıq və 3 aya saç tökülmənin qarşısı tamamilə alındı, tökülmüş hissələrdən isə yeni tüklər çıxır”, – deyə uşağın anası əlavə etdi.


Günel Vəliyeva – müalicə alan uşaq

Modelyer Fəxriyyə Xələfova, müğənni Elnarə Xəlilova, aşıq Cığatel İsaqızı, psixoloq Elmir Əkbər də tədbirin qonaqları arasında idi. Modelyer Fəxriyyə Xələfova da çıxışında Məlahət Qurbanovanı təbrik edərək, ona gələcəkdə bundan daha çox uğur əldə etməyi arzuladı. Çıxışında Fəxriyyə xanım ixtisasca bioloq olduğunu, bir bioloq kimi “Nərgiz” balzamını yüksək qiymətləndirdiyini söylədi.


Fəxriyyə Xəlilova – modelyer

Seminar sərgi ilə sona çatdı. Sərgidə “Nərgiz” balzamı nümayiş etdirildi.


Seminarda təşkil olunan sərgi

mənbə :
anspress

Dünyanın en gözel saçı sizin ola biler