İçeriğe geçmek için "Enter"a basın

Səngəçalda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var

08-11-2019

[r32]

8 Noyabr, 2019  21:36 xeber – Bakıda yük maşını ilə minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Səngəçal magistral yolunda qeydə alınıb. 

Belə ki, “KaMAZ”la minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Həsənov Cavanşir İbrahim oğlu, 1959-cu il təvəllüdlü Ayvazova Mirvari İsa qızı və 2003-cü il təvəllüdlü İsayeva Aysa Zaur qızı xəsarət alıblar. 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

H.Cavanşirə və A.Mirvariyə qapalı kəllə-beyin travması, İ.Aysaya isə üst dodağının əzilmiş yarası diaqnozları qoyulub.



mənbə :
Report.az

Sengecalda yuk masini ile avtomobil toqqusub, xesaret alanlar var