Bu gün Türkiyənin paytaxtı Ankarada dəhşətli terror aktı törədilib.
Azadlıq.az-ın məlumatına görə, səhər saatlarında ar-arda törədilən bomba parlayışları nəticəsində ən azı 30 nəfər həlak olub, xeyli yaralı var. Ölənlərin sayının artacağı istisna edilmir.
Güclü partlayışlar dəmir yoluna aparan estakadanın altında baş verib. Bombalar ərazidəki küçəyə dövlət qulluqçuları konfederasiyası tərəfindən təşkil edilən, müharibə əleyhinə mitinqin iştirakçıları gəlməyə başlarkən işə salınıb.
Terror aktının hansı qüvvə tərəfindən törədildiyi dəqiqləşdirilir. Partlayışın “canlı bomba” tərəfindən həyata keçirildiyi də mümkün hesab edilir.
Dəhşətli an videoda: