İçeriğe geçmek için "Enter"a basın

Suriyada döyüşən azərbaycanlılar kassasiya şikayəti verib

09-10-2015


09.10.2015 / 17:34 xeber –

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Ramil Aslanovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, ilkin baxış iclasının qərarından kassasiya şikayəti verilib. Buna görə də məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, məhkəmənin ilkin baxış iclasında təqsirləndirilən şəxsin vəkili prosesin  məhkəmə istintaqı ilə aparılması barədə vəsatət verib. Lakin məhkəmə vəsatətin təmin olunmaması barədə qərar qəbul edib. Həmin qərardan isə müdafiə tərəfi kassasiya şikayəti verib.

 

R.Aslanov Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilir. O, Bakıya qayıdan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Aslanov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili onun cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib.

mənbə :
lent.az

Suriyada döyüşen azerbaycanlılar kassasiya şikayeti verib