İçeriğe geçmek için "Enter"a basın

İdmançımız Dünya üzrə liderliyini qorudu - FOTO

09-10-2015

16:59 xeber – Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, Yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

ANS PRESS Güləş Federasiyasına istinadən xəbər verir ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib. Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev Las Veqasda keçirilən Dünya çempionatında da qızıl medal qazanmaqla reytinqdəki mövqeyini daha da möhkəmləndirib. O siyahıda ilk sırada qərarlaşıb. Dünya çempionatında yalnız finalda məğlub olan Rövşən Bayramov öz çəkisinin reytinq siyahısında ikinci pilləyə yüksəlib.


Rəsul Çunayev – güləşçi


Rövşən Bayramov – güləşçi

Dünya çempionatının bürünc medalçısı Saman Təhmasibi reytinqdə 4-cü olub. Çempionatı 5-ci sırada tamamlayan Elvin Mürsəliyev və Sabah Şəriəti isə müvafiq olaraq 5-ci pillədə qərarlaşıblar. İlk onluqda yer alan güləşçilərimizdən biri də Rafiq Hüseynovdur. Rafiq siyahıda 8-ci sıradadır.

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

59 kq
2. Rövşən Bayramov – Dünya çempionatı 2-ci yer (nr)
12. Elman Muxtarov – Avropa Oyunları 3-cü yer (5)
66 kq
12. Həsən Əliyev – Avropa Oyunları 3-cü yer (8)
71 kq
1. Rəsul Çunayev – Dünya çempionatı 1-ci yer (1)
75 kq
5. Elvin Mürsəliyev – Dünya çempionatı 5-ci yer (4)
80 kq
8. Rafiq Hüseynov – Avropa Oyunları 2-ci yer (2)
85 kq
4. Saman Təhmasibi – Dünya çempionatı 3-cü yer (nr)
13. İslam Abbasov – Paris Qran Pri turniri 3-cü yer (7)
98 kq
18. Orxan Nuriyev – Paris Qran Pri turniri 3-cü yer (7)
130 kq
5. Sabah Şəriəti – Dünya çempionatı 5-ci yer (10)

mənbə :
anspress

İdmançımız Dünya üzre liderliyini qorudu – FOTO