İçeriğe geçmek için "Enter"a basın

"Primadonnadan" Seyidcahana jest - FOTO

08-10-2015

18:49 xeber – İlhamə Quliyeva Elza Seyidcahana parlament seçkilərinə namizədliyinin qeydə alınmamasına görə təskinlik verdi.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, uzun müddətdir qalmaqal yaşayan İlhamə Quliyeva və Elza Seyidcahan münaqişəsi deyəsən sona çatır. Bu İlhamə Quliyevanın Elza Seyidcahanın parlament seçkilərinə namizədliyinin qeydə alınmamasına bildirdiyi mülayim fikirlərdən görünür.

O, Elza Seyidcahana uğurlar arzulayaraq bildirdi ki, “Gələn seçkilərdə yenidən namizədliyini irəli sürər. Canı sağ olsun. Allah bütün işlərində xeyir versin”.

Bir müddət öncə İlhamə Quliyeva Elza Seyidcahanın namizədliyinin əleyhinə olmuş və bunu kəskin şəkildə ifadə etmişdi.
“Çox ayıb olsun onunçün. Heç nə demirəm. Getsin, onun heyvanları, qoşunları var, onlara konsert versin. Başına məşəl yerinə qəlyan qoyub. Meymun oynadan kəslər millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına. Elzanın bu fikrini pisləyirəm. Getsin mahnılarını yazsın, heç oxumasın da, ayıbdır. Oxumağı da ayıbdır. Sözüm yoxdur, savadlı musiqiçidir, bəstəkardır. Az meymunluq eləsin”.

Seyidcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Lakin müğənninin sənədləri qaydasında olmadığından onun namizədliyi qeydə alınmayıb.

mənbə :
anspress

“Primadonnadan” Seyidcahana jest – FOTO