İçeriğe geçmek için "Enter"a basın

Hacıqabulda qəza: üç Gürcüstan, bir Azərbaycan vətəndaşı öldü

08-10-2015


07.12.2008 / 11:00 xeber –

Hacıqabulda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Ölənlərdən üçü Gürcüstan, biri isə Azərbaycan vətəndaşıdır.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Polis Şöbəsinin müstəntiqi Bəxtiyar Qurbanov məlumat verib. Onun bildirdiyinə görə, bu gecə saat 4.30 radələrində Qəbələ rayonunun Soltannuxa kənd sakini Mustafayev Pərviz Əşrəf oğlunun idarə etdiyi “KAMAZ” markalı 36-BC-758 dövlət nömrə nişanlı avtomobillə Fizulinin Merdinli kənd sakini, 1983-cü il təvəllüdlü Mehdiyev Ələmdar İnqilab oğlunun idarə etdiyi “Opel” markalı SU-8719 avtomobil toqquşub. Nəticədə sürücü də daxil olmaqla, “Opel” markalı avtomobilin sərnişinlərindən, 1980-cı il təvəllüdlü, Bolnisi rayon sakini Mamedov Nicat, 1980-ci il təvəllüdlü Abdurrəhmanov Əfqan və hələlik şəxsiyyəti müəyyənləşməyən bir nəfər hadisə yerində keçiniblər. Qəzada ölənlərin meyitləri Şirvan şəhər morquna aparılıb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.

mənbə :
lent.az

Hacıqabulda qeza: üç Gürcüstan, bir Azerbaycan vetendaşı öldü