[r32]
31 Oktyabr, 2019 21:37 xeber – Qazaxda ana və övladı üzərlərinə qaynar suyun tökülməsi nəticəsində yanıq xəsarətləri alıblar.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Qazax şəhərində yaşayan, 26 yaşlı M.Kərimova və onun qucağında olan 2 yaşlı qızının üzərinə qaynar su tökülüb. Ehtiyatsızlıqdan yanıq xəsarətləri alan hər iki şəxs xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az