İçeriğe geçmek için "Enter"a basın

Kim Kardaşyan bakirəlik sirrini açdı

08-10-2015


08.10.2015 / 15:31 xeber –

 

Məşhurlar dünyasının ən çox müzakirə edilən siması erməni əsilli amerikalı ulduz Kim Kardaşyanın həyatı ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, yazar Şon Smisin qələmə aldığı “Kim“ adlı kitabda yazıldığına görə, Kardaşyan bakirəliyini Maykl Ceksonun qardaşı oğlu “TJ” adı ilə  tanınan Tito Coe Cekson ilə yaşadığı yaxınlıq zaman itirib. Üstəlik, o vaxt Kim 14 yaşında imiş. Məlumata görə, Maykl Ceksonun böyük qardaşı Titonun oğlu Tito Coe Cekson və Kim Kardaşyan iki ilə yaxın sevgili olublar.

 

Kim Kardaşyan qonaq olduğu Ofrah Uinfreyin proqramında o anları belə anladıb: “İlk dəfə seks təcrübəsini yaşayanda 15 yaşında idim. Bunu hissi yaşamaq istəyirdim. Hətta anam Kris Cenner o vaxt mənimlə çox açıq danışmışdı. Mənə hamiləliyə qarşı həblər də vermişdi”.

 

Tito Coe Cekson da ilk sevgisinin Kim Kardaşyan olduğunu etiraf edib:“ Anamı itirəndə Kimlə sevgili olduq. O vaxt Kardaşyan ailəsinə çox yaxın idim. İndi o qədər də tez-tez görüşmürük. İşlərimiz çoxdur”.

 

Ceksondan sonra Kim bir çox tanınmış şəxslərlə sevgili olub. Onların arasında  Reffie Bush, Ray Jdə olub.

İlk dəfə  Damon Tomas ilə ailə quran Kardaşyan daha sonra Kris Humphries ile qısa davam edən bir evlilik yaşayıb.

İndi Kanye Uest ilə evlidir və ikinci uşağa hamilədir.

 

mənbə :
lent.az

Kim Kardaşyan bakirelik sirrini açdı