İçeriğe geçmek için "Enter"a basın

Bacanağının 5 yaşlı qızına göz dikən manyaka 15 İL həbs tələbi

08-10-2015


08.10.2015 / 13:51 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdığı elan edilib. Söz dövlət ittihamçına verilib. Prokuror çıxış edərək məhkəmədən Z. Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi sabah davam etdiriləcək.

 

Qeyd edək ki, hadisə Xətai rayonunda qeydə alınıb. Zaur Məmmədov qonşuluqda yaşayan bacanağının 5 yaşlı qızı Aygünə (ad şərtidir) dəfələrlə seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutandan sonra polisə müraciət ediblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Məmmədov həbs edilib.

 

Ona Cinayət Məcəlləsinin 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

 

mənbə :
lent.az

Bacanağının 5 yaşlı qızına göz diken manyaka 15 İL hebs telebi