İçeriğe geçmek için "Enter"a basın

Ata olmağa hazırlaşan gənc özünü yandırdı

08-10-2015

12:55 xeber – Binəqədidə 27 yaşlı oğlan üzərinə benzin tökərək özünü yandırıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, yaşadığı evin dam örtüyünə çıxaraq üzərinə benzin töküb özünü yandıran Binəqədi rayonu, Mirzə Məhəmmədxan küçəsi 74 ünvanında yaşayan 27 yaşlı Məmmədov Ələkbərdir. O ağır vəziyyətdə yaxınlıqda yerləşən xəstəxananın yanıq şöbəsinə çatdırılıb və ona ilkin yardım göstərilib.

Həkim Şahin Quliyev bildirib ki, xəstənin özünü yandırması nəticəsində bədənin 80 % i, tənəfüüs sisteminin isə 50 %-i yanıb və vəziyyəti ağırdır.

Ələkbər Məmmədovun özünü yandırmasının səbəbi isə torpaq problemidir. Yaxınlarının sözlərinə görə o, yaşadığı həyətin bir hissəsini uzun müddət əvvəl Nərgiz Orucovaya satıb. Elə bütün problemlər də bundan sonra başlayıb. Həmin xanım aldığı evdən əlavə Ələkbərdən ətrafdakı torpaq sahəsini də iddia edib. Lakin həmin xanım bu barədə 3 dəfə məhkəməyə müraciət etsədə, uduzub . Lakin sonuncu Ali məhkəmədə qərar onun xeyrinə çıxıb. Bu isə Ələkbərin evinin bir hissəsinin sökülməsi demək idi.

Yanan şəxsin qohumu Sevil Məmmədova Ələkbərin evil olduğunu və 5 ildən sonra ilk dəfə ata olmağa hazırlaşdığını deyib.

Ələkbərin qohumlarının dediklərinə şahid olmaq üçün onun əmisi ilə birlikdə evinə yollandıq və deyilənləri öz gözmüzlə gördük. Xəsarət alan şəxsin evindən bayıra bir qapı ayrılır ki, bu yerin də sökülməsi vəziyyəti daha da çıxılmaz hala gətirir.

Məsələ ilə bağlı qarşı tərəfin yəni Ələkbərin qonşusu Nərgiz xanımın evinə üz tutsaq da, qapını üzümüzə açan olmadı.

Ələkbərin əmisi Zakir Məmmədov bildirdi ki, hadisə baş verən zaman Nərgiz xanım evində olub. Yəni evinin sökülməsini istəmiyən Ələkbər onun gözlərinin qarşısında özünü yandırıb.

Sonradan məum oldu ki, Ələkbər aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məlum məsələ ilə bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin “özünü ölüm həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.

Ümid edirik ki, iddiaçı Ələkbər artıq həyatda olmamasına baxmayaraq işin gedişatında bütün qaranlıq məqamlara aydınlıq gətrilər.

mənbə :
anspress

Ata olmağa hazırlaşan genc özünü yandırdı