İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda külli miqdarda yeyinti edən məmurlar ifşa olundu

08-10-2015

12:27 xeber – Azərbaycanda külli miqdarda yeyinti edən vəzifəli şəxslər saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Maşın Sınaq Stansiyasının fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı Maliyyə Nazirliyindən prokurorluğa şikayət daxil olub.

Daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıblar və məlum olub ki, Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı yol veriblər.

Bundan əlavə araşdırmalar həmin şəxsləri başqa qanunsuz əməllərini də ortaya çıxarıb. Belə ki, həmin şəxslər müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqqları yazıb, tariflərin düzgün tətbiq edilməməsi və saxta qaimələrin tərtib edilməsi yolu ilə 221 min manat məbləğində pul vəsaitlərini mənimsəyərək israf ediblər.

Şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

mənbə :
anspress

Azerbaycanda külli miqdarda yeyinti eden memurlar ifşa olundu