İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı azerkəşlər tribunalardan didərgin salındı

08-10-2015

12:06 xeber – Avrokubok oyunlarına azarkeş marağı niyə azalıb?

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, futbolun bəzəyi qoldursa, azarkeş onun ayrılmaz hissəsidir. Əbəs yerə deməyiblər ki, futbol azarkeşlər üçün oynanılır. Bu il futbol tariximizdə ilk dəfə iki klubumuzun Avropa Liqasının qrup mərhələsində çıxış etməsinə baxmayaraq azarkeş sayında artım müşahidə olunmur. Əksinə “Qarabağ” və “Qəbələ”nin doğma divarlar arasında keçirdiyi son iki avrokubok matçında fərqli mənzərə ilə qarşılaşdıq. Bəs azarkeşlərin futboldan soyudan səbəblər hansılardır?

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan “Qarabağ-Seltik” oyununda sahibsiz qalan boş oturacaqlar həddindən artıq çox idi. Amma bu yerlər Avropa Liqasının qrup oyunu “Qarabağ- Anderlext” matçı zamanı göz oxşayırdı. Oxşar mənzərə “Qəbələ -Paok” matçında da yaşandı. Halbu ki, “Qarabağ” və “Qəbələ”nin təsnifat mərhələsində keçirilən oyunlar zamanı yaşanan ajiotaj biletlərin artıq oyuna bir gün qalmış satılıb qurtarması yaddaşlardan silinməyib. Nə baş verdi? Niyə azarkeşlər hər iki klubumuzun Avropa Liqasının qrup mərhələsində adlı- sanlı rəqiblərlə oyunlarına tribunadan yox, isti evində televiziya qarşısında izləməyə üstünlük verdi?


“Qarabağ” – “Anderlext” matçı

Əlbətdə “Qarabağ” və “Qəbələ”nin avrokubok oyunlarına biletləri 2 manata qaldırmasından sonra müəyyən narazılıqların yaranacağı gözlənilən idi. Azarkeşlər tərəfindən sadalanan digər amillərin oyunların gec başlaması və hava şəraitinin də tamaşaçı sayına təsir edəcəyini də hardasa proqnozlaşdırmaq olardı. Ancaq yenədə bu kimi problemlər klublarımızı dəstəksiz qoymağa əsas vermir. Hər halda əbəs yerə azarkeşi komandanın 12-ci oyunçusu adlandırmırlar. Məhz bu oyunçunun yoxluğunu isə heç nə ilə əvəz etmək olmaz.

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl hamını futbolun inkişafına və onu izləməyə çağırdı.

mənbə :
anspress

Azerbaycanlı azerkeşler tribunalardan didergin salındı