İçeriğe geçmek için "Enter"a basın

Ayətullah Xamneyidən böyük qadağa

07-10-2015

23:52 xeber – İranın ali din lideri ayətullah Əli Xamneyi öz işçilərinə ABŞ-lı həmkarları ilə hər hansı bir əlaqəni qadağan edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Xamneyi bildirib ki, amerikalılarla danışıqlar İrana heç bir üstünlük qazandırmayacaq, əksinə çox sayda problemlər gətirəcək. İslam inqilabının mühafizləri korpusunun qarşısında çıxış edən İran lideri “düşmənlə danışıqlara çağıranları” tənqid edib və onların mövqeyini “dinsizlik” adlandırıb.


Ayətullah Əli Xamneyi inqilab mühafizləri korpusunun qarşısında çıxış edir

Başqa ölkələrlə, o cümlədən avropalılarla danışıqların əleyhinə olmadığını vurğulayan Əli Xamneyi Birləşmiş Ştatlarla fərqli davranmağı məsləhət görüb. O bildirib ki, Birləşmiş Ştatlar həmişə öz addımlarını “antihumanist sionist rejimlə” kordinasiya edir.

Sentyabr ayında da İranın ali dini lideri ABŞ-la danışıqları dayandırmağa çağırmışdı. Amma ilk dəfə idi ki, ölkənin ən yüksək vəzifəli şəxsi bu cür qadağa tətbiq edib. Daha öncə qərb mətbuatı bildirmişdi ki, İran rəhbərliyi Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsi üçün əsas rolu oynayıb.

“Reuters” agentliyinin məlumatına görə, İranın elit birləşməsi “Əl-Qüds”ün komandiri general Qasem Suleymani son zamanlarda iki dəfə gizli şəkildə Moskvaya gedib və Rusiya həmkarlarını Suriyaya hava zərbələri vurmaq üçün rusiyalı həmkarlarını dilə tuta bilib. Agentlik Rusiya və İranın hərbi əməliyyatları bir neçə ay ərzində birlikdə planlaşdırdığını bildirir.


İslam inqilabının mühafizləri korpusu

mənbə :
anspress

Ayetullah Xamneyiden böyük qadağa