İçeriğe geçmek için "Enter"a basın

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

25-10-2019

[r32]

25 Oktyabr, 2019  15:05 xeber – 23 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, oktyabrın 28-də start götürəcək yarışda ölkəni güləşin hər 3 növü üzrə yığma üzvləri təmsil edəcəklər.

Mundialın ilk günlərində böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Əfqan Xaşalov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Murad Süleymanov (74 kq), Abubakr Abakarov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yer alıb.

Qadınların yarışında Azərbaycanı yalnız Türkan Nəsirova (50 kq) təmsil edəcək. O, millinin baş məşqçisi Aslan Ağayevin rəhbərliyi altında güləşəcək.

Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq), Tuncay Vəzirzadə (77 kq), Eltun Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, mundialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq. Dünya çempioatı noyabrın 3-dək davam edəcək. 



mənbə :
Report.az

Dunya cempionatinda istirak edecek Azerbaycan gulescileri belli olub